Finss.az - Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi tabeliyində fəaliyyət göstərən qurumlara baş mühasib vəzifəsinə işçi qəbulu elan edib.
Vakansiya üzrə son müraciət tarixi 21 may 2025-dir.
Vəzifənin əsas məqsədi mühasibat uçotunun qanunvericiliyə uyğun təşkili, büdcə vəsaitlərinin düzgün istifadəsinə nəzarət, maliyyə və rəsmi hesabatların hazırlanması və təqdim edilməsindən ibarətdir.
Əsas vəzifə öhdəlikləri:
-
Mühasibat uçotunun mövcud qanunvericiliyə əsasən təşkili;
-
Büdcə vəsaitlərinin düzgün uçotu və istifadəsinə nəzarət;
-
Maliyyə və büdcə hesabatlarının hazırlanması;
-
Vergi, DSMF və digər rəsmi hesabatların təqdim edilməsi;
-
Audit yoxlamalarına dair sənədlərin hazırlanması;
-
Sənədlərin düzgün arxivləşdirilməsi;
-
Mühasibatlıq heyətinin idarə olunması və daxili nəzarətin həyata keçirilməsi;
-
Elektron hesabat sistemlərində işləmək bacarığı (BTP, E-gov və s.).
Namizədlərə dair tələblər:
-
Maliyyə, mühasibatlıq və ya iqtisadiyyat üzrə ali təhsil;
-
Minimum 5 il mühasibatlıq sahəsində iş təcrübəsi (azı 2 ili rəhbər vəzifədə);
-
PMS (Peşəkar Mühasibat Sertifikatı) — mütləqdir;
-
Vergi və maliyyə qanunvericiliyi üzrə biliklər;
-
1C və digər mühasibat proqramlarında peşəkar bacarıq;
-
Analitik düşüncə, dəqiqlik və yüksək məsuliyyət hissi;
-
Dövlət sektorunda təcrübə və beynəlxalq sertifikatlar (ACCA, CPA və s.) üstünlükdür.
Vakansiya ilə maraqlanan namizədlərdən CV-lərini mövzu hissəsində “Baş mühasib” qeyd etməklə [email protected] elektron poçt ünvanına göndərmələri xahiş olunur.