Cəmiyyət

01 Aprel

Növbəti Aqrar Biznes Festivalı Ağdaş rayonunda təşkil olunacaq

Finss.az - Cari ilin 4 aprel tarixində Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin təşkilatçılığı ilə Ağdaşda Aqrar Biznes Festivalı çərçivəsində aqrar sektorun inkişafına töhfə verən maliyyə alətlərinin müzakirəsinə həsr olunacaq “Dövlətin maliyyə mexanizmləri” mövzusunda panel sessiya təşkil ediləcək.

Panel müzakirədə Mərkəzi Aran iqtisadi rayonunda aqrar sahənin maliyyələşdirilməsi perspektivləri ətrafında fikir mübadiləsi aparılacaq. Paneldə kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən dövlətin maliyyə qurumları və ölkənin aparıcı bank və bank olmayan kredit təşkilatlarının nümayəndələri iştirak edəcək. Müzakirələrdə aqrar sektora dövlət dəstəyi mexanizmləri, güzəştli kredit və subsidiyalar, aqrar sığorta imkanları, maliyyə resurslarına çıxışın genişləndirilməsi və digər vacib mövzular diqqət mərkəzində olacaq. Panel çərçivəsində fermerlərin və sahibkarların sualları cavablandırılacaq, eləcə də onlara mövcud və yeni maliyyə mexanizmləri barədə ətraflı məlumat veriləcək.

Festival çərçivəsində baş tutacaq panel müzakirədə aqrar sahədə fəaliyyət göstərən bütün sahibkarlar və maraqlı tərəflər iştirak edə bilərlər.

Qeyd edək ki, “Dövlətin maliyyə mexanizmləri” mövzusunda panel müzakirələrin il ərzində bütün iqtisadi rayonlarda keçirilməsi planlaşdırılır.