2024/2025-ci tədris ilində inklüziv siniflər təşkil edilmiş 67 ümumi təhsil müəssisəsində 362 sağlamlıq imkanları məhdud şagirdə Fərdi Tədris Planları hazırlanıb.
Finss.az xəbər verir ki, bu barədə məlumat Milli Məclisin martın 14-də keçirilən plenar iclasında müzakirə edilən Nazirlər Kabinetinin 2024-cü ildə fəaliyyəti haqqında hesabatda öz əksini tapıb.
Bildirilib ki, inklüziv siniflər təşkil edilmiş ümumi təhsil müəssisəsində loqoped-müəllimlər işə cəlb olunıb, 562 nəfər pedoqoji heyət inklüziv təhsil proqramı üzrə təlimlərdən keçib. 49 inklüziv məktəb köməkçi otaqda tələb olunan avadanlıqlarla (kompüter və printer daxil olmaqla) və əyani vəsaitlərlə təmin olunub.