Cəmiyyət

22 Mart

İşğaldan azad olunmuş ərazilərin bərpası: 2021-2024-cü illərdə 17,6 milyard manat sərf edilib

Ötən il dövlət büdcəsindən işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün cəmi 5347,2 mln. manat vəsait xərclənib.

Finss.az xəbər verir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü ildə fəaliyyəti haqqında hesabatında qeyd edilib.

Qeyd olunub ki, ümumilikdə 2021-2024-cü illərin dövlət büdcəsindən bu məqsədə 17,6 mlrd. manat vəsait yönəldilmiş və 2025-ci ilin dövlət büdcəsində 4 mlrd. manat məbləğində vəsaitin ayrılması nəzərdə tutulub.