Cəmiyyət

17 Mart

Ölkədə "ikinci çörək" adlanan kartofun qiyməti artıb

Finss.az - Son bir həftə ərzində Azərbaycanda kartofun qiyməti bazarlarda 1,20 - 1,50 qəpiyə yüksəlib.

Bu qiymət artımına səbəb kimi yerli məhsulun azalması və idxalın düşməsi göstərilir. Son illərdə kartofun əkin sahəsi 75 mindən 25 min hektara enib, bu da qiymət artımına təsir edib. Kənd təsərrüfatı üzrə mütəxəssis Vahid Məhərrəmov bildirib ki, yerli istehsal tələbatı ödəmədiyi üçün qıtlıq yaranır və bu, qiymətlərin artmasına səbəb olur.

Ekspertlər, həmçinin, kartof istehsalının azaldığını və əkin sahələrinin daraldığını qeyd edirlər. 2005-ci ildən bu yana kartof istehsalının azalması ilə yanaşı, məhsulun saxlanması üçün soyuducu anbarların olmaması da ciddi problemə çevrilib. Əlavə olaraq, kartof toxumlarının keyfiyyətsizliyi və gübrə idxalındakı problemlər də məhsuldarlığa mənfi təsir edir.

İqtisadçılar da bazarda qiymət artımının mövsümi amillərdən və süni şəkildə azaldılmış idxaldan qaynaqlandığını bildirirlər. Akif Nəsirli, həmçinin, yerli məhsulun keyfiyyətinin yüksək olduğunu və buna görə də daha baha qiymətə satıldığını qeyd edib.