Finss.az - "Azərbaycan Dəmir Yolları" QSC (ADY) bayram günlərində sərnişin tələbatını qarşılamaq üçün 20-31 mart tarixlərində Bakı-Qəbələ-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edib.
ADY-nin məlumatına görə, qatarlar bu müddətdə hər gün Bakıdan və Qəbələdən yola düşəcək.
Biletləri dəmiryol vağzallarının kassalarından, ADY-nin rəsmi saytından (www.ady.az) və “ADY Mobile” tətbiqindən əldə etmək mümkündür.

Zemfira Ms
Finss.az