Cəmiyyət

24 Fevral

Paytaxt bazarlarında balıq qiymətləri bahalaşıb

Finss.az - Son dövrlərdə paytaxt bazarlarında balıqların qiymətində artım müşahidə olunmaqdadır.

Sazan və forel balığına tələbat xüsusilə artır, ümumi olaraq isə balıqların qiymətləri 7 manatdan başlayır.

Balıq ticarəti ilə məşğul olan İlkin Novruzov bildirib ki, satışda olan dəniz məhsullarının 80%-i yerli istehsaldır, lakin xaricdən gələn balıqlara da tələbat mövcuddur. O, qeyd edib ki, əvvəlki illərlə müqayisədə balıq mövsümündə məhsul kifayət qədərdir.

Qiymətlərin artması barədə danışan mütəxəssis qeyd edib ki, hal-hazırda bazarda məhsula tələbat yüksəkdir və qiymətlər bu tələblərə uyğunlaşdırılır. Sudak və sazan balıqlarının qiymətləri isə münasib olaraq qalır.

Bununla yanaşı, ən ciddi qiymət artımı "samon" balığında nəzərə çarpır. Xaricdən gətirilən bu balığın qiyməti hazırda 10 manat artıb. Həmçinin, bu balıq növü suşi hazırlanmasında istifadə olunduğu üçün ona olan tələbat daha da artıb.