Cəmiyyət

03 Fevral

İctimai nəqliyyat parkı sürətlə yenilənir: 85 ekoloji təmiz avtobus alınıb

Finss.az - Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən əldə ediln məlumata görə, Bakıda ictimai nəqliyyat parkı sürətlə yenilənir.

Hal-hazırda, Azərbaycanda yeni, ekoloji təmiz avtobusların sayı 2160-a çatıb.

COP29 konfransı ərəfəsində Azərbaycana gətirilən 160 sıfır emissiyalı elektrik avtobusu paytaxtın müxtəlif marşrutlarında uğurla fəaliyyət göstərir. Eyni zamanda, özəl şirkətlər elektrik enerjisi və sıxılmış qazla işləyən daha 85 ekoloji təmiz avtobus alıblar. Bununla yanaşı, 200-dən çox avtobus təmir edilərək yenidən istifadəyə verilib.

Yeni avtobuslar nağdsız ödəniş üçün validatorlarla təchiz edilir ki, bu da xidmətlərin rəqəmsallaşdırılmasını sürətləndirir. 2024-cü ilin yekunlarına görə, nağdsız ödənişin payı 77,5%-ə çatıb.

Zemfira Ms
Finss.az