Finss.az - Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 8 noyabr 2024-cü il tarixində imzaladığı qanunvericilik dəyişikliyinə əsasən, iş icazələri elektron qaydada veriləcək.
Dövlət Miqrasiya Xidmətindən verilən məlumata görə, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün haqqı ödənilən əmək fəaliyyətinə icazələr təkmil sertifikatlı gücləndirilmiş elektron imza ilə təsdiqlənərək rəqəmsal formatda təqdim ediləcək.
Qanun qüvvəyə minməzdən əvvəl verilmiş iş icazələri müddəti bitənədək etibarlı qalacaq. İcazələrin itirilməsi və ya dəyişikliklər zamanı dövlət rüsumu olmadan elektron qaydada yenisi əldə edilə bilər.
İşəgötürənlər artıq "ASAN xidmət" mərkəzlərində fiziki müraciətlə yanaşı, Dövlət Miqrasiya Xidmətinin rəsmi saytında “Elektron xidmətlər” bölməsindən də müraciət edə biləcəklər.
Ətraflı məlumat üçün Dövlət Miqrasiya Xidmətinin 919 Çağrı Mərkəzinə və ya [email protected] e-mail ünvanına müraciət etmək mümkündür.
Zemfira Ms
Finss.az