Finss.az - Bakı Metropoliteninin “İçərişəhər” stansiyasında yeni keçid kamerasının tikintisi nəzərdə tutulur.
Prezident İlham Əliyevin təsdiq etdiyi "Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı"na əsasən, 2025-2027-ci illər ərzində “İçərişəhər” stansiyasından sonra dönmə qurğusunun layihələndirilməsi və tikintisi həyata keçiriləcək.
Proqramın əsas icraçısı Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi (RİNN) olacaq.
Zemfira Ms
Finss.az