Cəmiyyət

29 Yanvar

Bu ildən torpaqların dincə qoyulmasının stimullaşdırılması ilə bağlı addımlar atılacaq

Finss.az - İqlim dəyişikliyi və yağıntıların azalması dəmyə əkinlərdə məhsuldarlığın aşağı düşməsinin əsas səbəblərindən biridir.

Kənd təsərrüfatı naziri Məcnun Məmmədov, dəmyə əkinlərin sahəsinin azalması ilə bağlı sualı cavablandırarkən bildirib ki, məhsuldarlıq ilk növbədə yağıntıların miqdarından asılıdır.

O, əlavə edib ki, dəmyə ərazilərdə məhsuldarlığın azalmasının əsas səbəbi yağıntıların miqdarının azalmasıdır.

Həmçinin, eyni bitkinin fasiləsiz olaraq becərilməsi, növbəli əkinin aparılmaması və torpaqların dincə qoyulmaması torpağın keyfiyyətini pisləşdirir, məhsuldarlığı azaldır.

Nazir qeyd edib ki, bu ildən başlayaraq torpaqların dincə qoyulmasının stimullaşdırılması ilə bağlı addımlar atılacaq.

Zemfira Ms
Finss.az