Cəmiyyət

29 Yanvar

Avtobusların yolda olma müddəti 6 dəqiqə azalacaq

Finss.az - Bakı və ətraf rayonların avtobus marşrut şəbəkəsinin optimallaşdırılması nəticəsində pik saatlarda avtobusların yolda olma müddətinin orta hesabla 6 dəqiqə azalması gözlənilir.

Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) xəbər verir.

Bununla yanaşı, avtobus zolaqlarının uzunluğu 160 km-ə çatdırılacaq və avtobus parkının genişləndirilməsi davam edəcək. 2030-cu ilə qədər park əsasən ekoloji təmiz avtobuslarla (elektrik və CNG) təchiz ediləcək. Elektrik avtobuslar üçün 10 deponun tikintisi və modernləşdirilməsi planlaşdırılır.

Zemfira Ms
Finss.az