Cəmiyyət

28 Yanvar

DİN xəbərdarlıq edir: Şəxsi məlumatlarınızı qoruyun

Finss.az - Daxili İşlər Nazirliyi (DİN) süni intellekt texnologiyalarının istifadəsinin artması ilə əlaqədar kiberdələduzluq hallarının yüksəldiyini bildirib.

Nazirlikdən verilən məlumata görə, etibarsız süni intellekt həlləri məlumatların üçüncü tərəflərə ötürülməsinə səbəb ola bilər, bu da kibercinayətkarların hücumlarını asanlaşdırır.

DİN, süni intellekt xidmətlərindən istifadə edərkən şəxsi və məxfi məlumatların qarşı tərəfə ötürülməməsi barədə vətəndaşları xəbərdar edib.

Qurum, fərdi məlumatların qorunması məqsədilə ehtiyatlı olmağı tövsiyə edir.

Zemfira Ms
Finss.az