Finss.az - Bəzi ölkələrdən heyvan mənşəli məhsulların Azərbaycana gətirilməsinə məhdudiyyət qoyulub.
Bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.
Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının rəsmi məlumatlarına əsasən, Yunanıstan Respublikasının Krit adasında xırdabuynuzlu heyvanların çiçək, Polşa Respublikasının Kuyavsk-Pomorsk inzibati ərazisində Nyukasl, Nigeriya Federativ Respublikasının Katsina ştatında, İngiltərənin Qərbi Midland və Cənub-Şərqi İngiltərə regionlarında isə yüksək patogen quş qripi xəstəliyi qeydə alınıb.
Respublika ərazisinin qeyd olunan yoluxucu xəstəliklərdən qorunması məqsədilə xırdabuynuzlu heyvanların və heyvan mənşəli məhsulların, eləcə də quş və quşçuluq məhsullarının idxalına ÜHST-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə uyğun olaraq müvəqqəti məhdudiyyət tətbiq olunub.
Eyni zamanda müvafiq tədbirlərin görülməsi üçün Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə müraciət olunub.
Zemfira Ms
Finss.az