Cəmiyyət

28 Yanvar

Bakı metrosu 2024:QR bilet istifadəsi artır

Finss.az - Bakı Metropoliteni 2024-cü il ərzində sərnişindaşımada yeni rekordlara imza atıb. İlin yekun statistikası göstərir ki, ümumilikdə 229 584 259 sərnişin daşınıb, orta gündəlik sərnişin sayı isə 627 279 olub. Bu göstəricilər 2023-cü illə müqayisədə 4.6% artımı əks etdirir.

“Bakı Metropoliteni”nin "Facebook" hesabında bu barədə paylaşım edilib.

Sentyabrın 16-da metropolitendən istifadə edən sərnişin sayı 898 180 nəfərə çataraq birgünlük rekord qeydə alınıb. İlin ikinci yüksək göstəricisi isə noyabrın 7-də, 885 786 sərnişinlə müşahidə edilib.

2024-cü ildə sərnişinlərin 8.75%-i, yəni 19 509 335 nəfər QR biletdən istifadə edib. Ən çox QR bilet istifadə edilən stansiyalar arasında “28 May” (1 705 798 sərnişin), “Gənclik” (1 594 534 sərnişin) və “Koroğlu” (1 434 163 sərnişin) liderlik edir.

Zemfira Ms
Finss.az