Finss.az - Rusiya kənd təsərrüfatı kompleksində (APK) ixtisaslı mütəxəssislərin çatışmazlığı 200 min nəfəri ötüb.
Dövlət Dumasının Kənd Təsərrüfatı məsələləri üzrə komitəsinin təqdim etdiyi layihəyə görə, APK-nın müxtəlif sahələrində işçi çatışmazlığı 30%-dən 50%-ə qədərdir. Son illərdə bu sahədə çalışan işçi sayı da azalaraq 4,46 milyon nəfərdən 4,2 milyon nəfərə düşüb.
Sahədəki kadr çatışmazlığı texnoloji inkişafla bağlı yüksək peşəkar mütəxəssislərə olan tələbin artması ilə əlaqələndirilir. Həmçinin, gənclərin kənd təsərrüfatı təhsilinə marağı artıb, 2024-cü ildə 350 minə yaxın müraciət daxil olub. Federal büdcədən kənd təsərrüfatı kompleksinin kadr təminatı üçün 2025-ci ildə 7,4 milyard rubl ayrılacaq.