Finss.az - Azərbaycanda doktorantura səviyyəsinin birə endirilməsi təklif edilib.
Bunu Milli Məclisin Elm və Təhsil Komitəsinin üzvü Ceyhun Məmmədov komitənin bu gün keçirilən iclasında deyib.
"Qarşıda yeni vəzifələr durur. Bütün sahələrdə olduğu kimi təhsil sahəsində də dünyada yeni tendensiyalar baş verir. Önəmli məsələlərdən biri də Ali Təhsil haqqında Azərbaycan Respublikası Qanunun qəbuludur. Təhsil ictimaiyyəti Qanunun qəbulunu səbirsizliklə gözləyir. Qanunda bir çox mühüm məsələlər var. Onlardan biri də doktorantura səviyyəsinin 1-ə endirilməsidir. İnanıram ki, tezliklə Qanun qəbul ediləcək və bu, təhsilimizin inkişafına öz töhfəsini verəcək", - o bildirib.
Ceyhun Məmmədov Milli Məclisdə Elm və Təhsil Nazirliyi ilə birgə dinləmənin keçirilməsini də təklif edib:
"Birgə dinləmənin keçirilməsini təklif edirəm. Düşünürəm ki, fikir mübadiləsi üçün bu çox önəmli məsələdir", - o bildirib.
Zemfira Ms
Finss.az