Cəmiyyət

21 Yanvar

Məşhur rus pyesi Bakıda premyera edib

Finss.az -  Ötən həftə Bakıda məşhur rus yazıçısı və dramaturqu Yelena Yerpılevanın “Amerika cazı ilə əlaqədar monoloq” pyesi əsasında hazırlanmış tək qadın tamaşası nümayiş olunub. Tamaşanın premyerası 2024-cü il aprelin 5-də Aktyor Evində baş tutmuşdu. 2025-ci ilin yanvarın 14-də və 16-da isə tamaşa Rus Dram Teatrının kiçik səhnəsində və Maqsud İbrahimbəyov adına Yaradıcılıq Mərkəzində təqdim olunub.

Tamaşanın rejissoru Fəridə Nesterenkodur, baş rolunu isə Lalə Axundova ifa edir. Hadisələr əməyi ilə böyük nailiyyətlər əldə etmiş, lakin həyatın mənasını və zövqünü itirmiş bir qadının hekayəsini izah edir. Bu, sevgi, hörmət və insan münasibətlərinin əhəmiyyətini vurğulayan bir əsərdir.

Tamaşanın nümayişində Rus Dram Teatrının aktyorları, musiqiçilər, şairlər və yaradıcı ziyalılar iştirak ediblər.

Zemfira Ms
Finss.az