Finss.az - Bu gündən azərbaycanlı zəvvarların Həcc ziyarətinə sənəd qəbulu başlayacaq.
Bu barədə Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Xarici Əlaqələr şöbəsinin müdiri Vüsal Cahangiri məlumat verib.
Sənədlərin qəbulu 21 yanvar 2025-ci ildən etibarən iş günləri saat 10:00-dan 16:00-a kimi Qafqaz Müsəlmanları İdarəsinin Bakı şəhəri, Mirzə Fətəli küçəsi 7 ünvanında yerləşən inzibati binasında aparılacaq.
Bildirilib ki, yerlər məhduddur və ötən illərlə müqayisədə kvotananın az olması gözlənir.
Azərbaycanlı zəvvarların Həcc ziyarətinə mayın sonlarında yola düşəcəyi gözlənilir.
Zemfira Ms
Finss.az