Cəmiyyət

15 Yanvar

Məşhur mebel şirkəti ekoloji səbəblərdən cərimələnə bilər

Finss.az - Abşeron rayonu, Xırdalan şəhərində yerləşən "Embawood" MMC-nin istehsalat sahəsindən atmosfer havasına tüstü yayılması ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan şikayət araşdırılıb və fakt təsdiqini tapıb.

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəsmisi Asif Məcidov bildirib ki, araşdırma və ölçmə işləri nəticəsində müəssisənin istehsalat sahəsindən atılan tullantıların miqdarının normanı keçdiyi müəyyən edilib.

“Müvafiq akt tərtib olunub və müəssisənin hüquqi şəxs olaraq cərimələnməsi üçün qanunamüvafiq tədbirlər görülür", - o qeyd edib.