Cəmiyyət

15 Yanvar

"Fitch Solutions" Azərbaycanın iqtisadi artımını 2033-cü ildə 2,9% proqnozlaşdırır

Finss.az - “Fitch Solutions” reytinq agentliyi 2033-cü ilədək olan dövrdə Azərbaycan iqtisadiyyatının 2012–2022-ci illərdəki 1,7 faizdən orta hesabla 2,9 faizədək artacağını proqnozlaşdırıb.

Reytinq agentliyinin məlumatına görə, proqnoz dövründə Azərbaycanın artım profili daha sabit olacaq. Ölkənin zəngin enerji ehtiyatları, xüsusilə də qaz  növbəti onillikdə əsas artım drayveri kimi diqqət çəkəcək, Avropa Azərbaycan enerjisini daha çox istehlak edəcək. Neft hasilatının azalmasına baxmayaraq, qiymətlərin sabitlyi fonunda  “qara qızıl”ın  ÜDM-ə töhfəsi 10 il ərzində yüksək olaraq qalacaq. 

Xatırladaq ki, “Fitch Solutions”  2025-ci il üzrə Azərbaycanda 2,6 faiz  iqtisadi artım proqnozlaşdırıb.