Cəmiyyət

14 Yanvar

“Arpaçay-2” hidrogeneratorunda təmir gedir

Finss.az - Naxçıvan Muxtar Respublikasının Dövlət Energetika Xidmətinin istismar sahəsində olan 1,4 meqavat gücündəki “Arpaçay-2” Su Elektrik Stansiyası, 2014-cü ildən fəaliyyət göstərir.

Stansiyada 15962 ekvivalent saat işləmiş 2 nömrəli hidrogeneratorun aşağı çarpazda istiqamətləndirici yastığının qırılması səbəbilə, Azərbaycan Respublikası Prezidentinin 23 noyabr 2024-cü il tarixli fərmanına əsasən, “AzərEnerji” ASC-nin mütəxəssisləri ilə əməkdaşlıq edilərək, qırılmış yastıq ehtiyatla əvəz edilib. Yanvarın 10-13-də cəmiyyətin mütəxəssisləri stansiya ilə birlikdə qurğunun sınaq yoxlamalarını həyata keçirərək, hidrogeneratoru ehtiyatda saxlayıblar.