Finss.az - 2024-cü ildə Azərbaycanda taksi daşımalarında 13,513 sahibkara buraxılış vəsiqəsi verilib və 21,620 ədəd buraxılış kartı taksi minik avtomobillərinə təqdim edilib. Bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin İdarə heyətinin sədri Anar Rzayev jurnalistlərə məlumat verib.
Sədr qeyd edib ki, tələblərə uyğun olan taksi minik avtomobillərinin buraxılış kartları alınmağa davam edir və uyğun olmayan nəqliyyat vasitələri taksi fəaliyyətindən kənarlaşdırılır. 2020-2024-cü illər arasında istehsal olunan nəqliyyat vasitələrinin taksilərə cəlb olunması sürətlənib və taksi sifarişi operatorlarına 13 icazə verilib.
Eyni zamanda, 34,198 taksi sürücüsünə təlim keçirilib və 135 taksi duracağı mövcuddur. Bu şəbəkənin genişləndirilməsi davam etdirilir. 2024-cü ilin dekabrında, keçən ilin eyni dövrü ilə müqayisədə taksi sifarişlərinin sayında 31-32% azalma müşahidə edilib və E-Taksi sistemi yaradılıb.