Finss.az - 2024-cü ildə Azərbaycan iqtisadiyyatında mühüm inkişaflar müşahidə olunub.
Ümumi daxili məhsul (ÜDM) 4 faiz, qeyri-neft sektoru isə 7 faiz artıb. Dövlət büdcəsi rekord səviyyəyə çataraq 41 milyard manatı keçib, minimum əməkhaqqı və pensiyalar artıb. Valyuta ehtiyatları 72 milyard dollara çatıb, xarici borc isə ÜDM-in yalnız 7,2 faizini təşkil edir.
Ölkə, həmçinin D-8 İqtisadi Əməkdaşlıq Təşkilatına üzv seçilərək beynəlxalq nüfuzunu artırıb. Azərbaycan, Avropaya qaz təchizatını 9 milyard kubmetrə çatdırıb və yeni interkonnektorlar vasitəsilə enerji sahəsində strateji rolunu möhkəmləndirib. 2024-cü ildə həyata keçirilən islahatlar Azərbaycanın dayanıqlı iqtisadi inkişafını təmin edib.