Finss.az - Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi Bakının 6 küçəsində skuter parklanma məntəqəsi təşkil edib
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında fəaliyyət göstərən Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) paytaxt Bakı şəhərində mikromobillik imkanlarını artırmaq məqsədilə yeni skuter parklanma məntəqələri qurub.
“Report”un məlumatına görə, skuter parklanma məntəqələri Ayna Sultanova, Landau, Zahid Xəlilov, Əbdürrəhim bəy Haqverdiyev, Akim Abbasov və Həsən bəy Zərdabi küçələrində təşkil olunub. Bu təşəbbüsün paytaxtda nəqliyyatın yüngülləşdirilməsi və daha çevik bir nəqliyyat sisteminin yaradılmasına töhfə verməsi gözlənilir.