Cəmiyyət

18 Dekabr

Bu dastanı artıq koreyalılar da oxuya biləcək

Finss.az xəbər verir ki, Azərbaycan ədəbiyyatının incisi olan “Kitabi-Dədə Qorqud” dastanı Koreya dilinə tərcümə edilir.

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti akademik İsa Həbibbəyli “MDB ölkələri xalqlarının epos mədəniyyəti: ənənə və çağırışlar” mövzusunda keçirilən beynəlxalq konfransda bildirib ki, tərcümə işi Cənubi Koreya mütəxəssisləri tərəfindən aparılır.

İsa Həbibbəyli əlavə edib ki, dastan daha əvvəl Pakistan Ədəbiyyat Akademiyası tərəfindən urdu dilinə tərcümə olunaraq geniş təqdimatı keçirilib.

Tərcümə prosesi “Kitabi-Dədə Qorqud”un beynəlxalq səviyyədə tanınmasına və müxtəlif xalqlara çatdırılmasına töhfə verəcək.