Cəmiyyət

17 Dekabr

Azərbaycan əhalisi artmaqda davam edir

Finss.az, Dövlət Statistika Komitəsinin məlumatına istinadən xəbər verir ki, 2024-cü ilin yanvar ayından etibarən ölkə əhalisinin sayı 37 min 766 nəfər və ya 0,4 faiz artıb.

2024-cü il noyabrın 1-nə olan vəziyyətə əsasən, Azərbaycanın əhalisi 10 milyon 218 min 536 nəfərə çatıb.

Ümumi əhalinin 54,5 faizi şəhər, 45,5 faizi isə kənd sakinlərindən ibarətdir. Cins nisbətinə gəldikdə, əhalinin 49,8 faizini kişilər, 50,2 faizini isə qadınlar təşkil edir.