Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının Qərarı ilə 2025-ci il üçün iş vaxtı norması və istehsalat təqvimi təsdiq edilib.
Finss.az bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məlumatına istinadən xəbər verir.
Bildirilib ki, 2025-ci il üçün iş vaxtı normasına əsasən gələn ilin aşağıdakı günləri iş günü hesab edilmir:
- 1, 2 yanvar – Yeni il bayramı;
- 20 Yanvar – Ümumxalq Hüzn Günü;
- 8 Mart – Qadınlar Günü;
- 20, 21, 22, 23, 24 mart – Novruz bayramı;
- 30, 31 mart – Ramazan bayramı;
- 9 May – Faşizm üzərində Qələbə günü;
- 28 May – Müstəqillik Günü;
- 6, 7 iyun – Qurban bayramı;
- 15 İyun – Azərbaycan xalqının Milli Qurtuluş Günü;
- 26 İyun – Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü;
- 8 Noyabr – Zəfər Günü;
- 9 Noyabr – Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü;
- 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü.
Hər il üçün təsdiq edilən iş vaxtı norması və istehsalat təqvimləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmi internet saytının “İstehsalat təqvimləri” altbölməsində (//sosial.gov.az/faydali/istehsalat-teqvimi/2025-ci-ilin-istehsalat-teqvimi) yerləşdirilib.