Cəmiyyət

17 Dekabr

Uşaqlar səhnədə xalq nağıllarına həyat verəcək

Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən Bakı Şəhər Mədəniyyət Baş İdarəsi və Azərbaycan Teatr Xadimləri İttifaqının təşkilatçılığı ilə 2025-ci il martın 10-dan 17-dək Bakıda 1-ci “Uşaq Teatr” Festivalı keçiriləcək.

Finss.az xəbər verir ki, Milli Teatr Gününün 152-ci ildönümünə həsr olunan festival, 6-14 yaş arası uşaqlara Azərbaycan xalq nağıllarını yaşatmağı və yeni nəslin mədəniyyətə marağını artırmağı hədəfləyir.

Festivalda hər biri 10 nəfərdən ibarət olan 15 komanda iştirak edəcək. Komandalar təqdim etdikləri xalq nağılları əsasında 20-35 dəqiqəlik tamaşalar hazırlayacaqlar. Tədbirin məqsədi mədəni irsin qorunması ilə yanaşı, uşaqlara komanda işini öyrətmək, səhnə mədəniyyəti ilə tanış etmək və onların istedadlarını üzə çıxarmaqdır.