Cəmiyyət

16 Dekabr

“Azərpoçt” MMC-nin veb-saytı yenilənib

2021-ci ildən yenilənmə mərhələsinə keçən milli poçt operatoru “Azərpoçt” MMC-nin veb-saytı (//azerpost.az/) yenilənib.

Finss.az xəbər verir ki, sayt müasir dizaynda tərtib edilib və istifadəçilərə bütün məlumatları asanlıqla əldə etməyə imkan verir. Yeni veb-sayt Azərbaycan, rus və ingilis dillərində fəaliyyət göstərəcək və müştəri tələbləri əsasında hazırlanıb.

Saytda beynəlxalq və ölkədaxili göndərişlər, daşınma şərtləri, maliyyə və poçt kalkulyatoru kimi funksiyalar mövcuddur. Ayrıca, istifadəçilər poçt şöbələri ilə bağlı məlumatları, coğrafi koordinatları və ünvanları taparaq, xidmətləri daha rahat şəkildə əldə edə biləcəklər.

Yeni saytda canlı söhbət funksiyası da təqdim olunub. Həmçinin, “Azərpoçt”un poçt, maliyyə və rəqəmsal xidmət sahələri haqqında məlumatlar daha rahat əldə ediləcək.

Bu layihə, “Azərpoçt”un bu il ərzində elan etdiyi üçüncü rəqəmsal layihəsidir. Əvvəlki rəqəmsal həllər arasında İnternet bankçılıq və “AzPost Mobile” xidmətləri də mövcuddur.