Bu gün "Asiya xalqları ədəbiyyatı: ənənələr və müasir tendensiyalar" mövzusunda beynəlxalq elmi konfrans keçirilib. Konfrans daha çox ədəbi əlaqələrimizin hansı aspektlərdə qurulacağı istiqamətində prioritetlərin müəyyənləşməsinə həsr olunub.
Finss.az xəbər verir ki, konfransda çıxış edən AMEA-nın prezidenti akademik İsa Həbibbəyli, bu tədbirin Azərbaycan ədəbiyyatını, mədəniyyətini və ölkəmizi Asiya xalqlarına daha dərindən tanıtmaq məqsədini daşıdığını bildirib. O, həmçinin, gələcək əlaqələrimizin bünövrəsini qoymaq kimi vəzifələrin də yerinə yetirildiyini vurğulayıb.
Konfransda Çin, Hindistan, Cənubi Koreya, Pakistan, Orta Asiya, Türkiyə və digər ölkələrdən tanınmış alimlər, ədəbiyyat institutlarının rəhbərləri və akademiyalardan məşhur şəxslər iştirak edirlər.