Bu ay Günəşdə artan aktivlik yenidən alimlərin diqqət mərkəzindədir.
Finss.az-ın verdiyi xəbərə görə cümə axşamı səhəri Günəşdə X3.3 gücündə partlayış baş verib və böyük bir plazma püskürməsi müşahidə edilib. Alimlər ehtimal edirlər ki, püskürmənin bir hissəsi Yerə doğru yönəlib və şənbə günü maksimum təsir göstərə bilər.
Alimlərin dediyinə görə, bu geomaqnit fırtınalarına səbəb ola bilər ki, bu da rabitə və naviqasiya sistemlərinin işində nasazlıqlara, eləcə də qütb işıqlarının daha cənub enliklərində görünməsinə yol aça bilər. Günəşin aktiv bölgələri Yerdən göründükcə, növbəti günlərdə yeni partlayışların da baş verməsi ehtimal edilir.