Cəmiyyət

18 Oktyabr

Təcili yardım maşınlarına avtobus zolaqlarında hərəkət icazəsi verilə bilər

Təcili tibbi yardım avtomobillərinin avtobus zolaqlarında hərəkət etməsi üçün icazə alınması məsələsi müzakirə olunur.

Finss xəbər verir ki,bu barədə TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov, təcili və təxirəsalınmaz tibbi yardım xidmətinin təkmilləşdirilməsinə həsr olunmuş brifinqdə bildirib.

Vüqar Qurbanovun sözlərinə görə, əgər bu məsələ müsbət həll edilərsə, təcili yardım maşınları çağırış nöqtələrinə daha sürətli çatacaq. Bundan əlavə, Azərbaycanda gələcəkdə "e-Tabib" mobil tətbiqi vasitəsilə təcili yardım çağırmaq mümkün olacaq.