Unibank KB ASC, yeni havalandırma, kombi və kondisioner sisteminin alınması üçün tender keçirir.
Finss.az şirkətin tender üçün tələb və şərtlərini təqdim edir:
Tenderdə iştirak etmək istəyənlər qiymət təkliflərini bağlı və möhürlənmiş zərfdə Tender komissiyasının sədri Faiq Zeynalov adına göndərməlidirlər.
Zərflərin qəbulu üçün son tarix 02.10.2024 il, saat 12.00-dır.
Ünvan: R. Behbudov 55, Unibankın Baş ofisi.
Qeyd: Tenderdə qalib gələn şirkət həmin alqı-satqı ilə bağlı hesabı “Unibank” KB ASC-də açmalıdır.
Texniki şərtlər əlavədə qeyd olunub: Havalandırma_kondisioner_kombi_sitemı..xlsx
Bu şərtlər avadanlıqlar üçün tələb olunan ən minimal tələblərdir. Təkliflərdə çatdırılma müddəti və avadanlıqların markalarının qeyd olunması mütləqdir.
Tenderin şərtləri ilə bağlı hansısa sual yaranarsa, iştirakçılar [email protected] elektron ünvanına müraciət edə bilərlər.