Cəmiyyət

15 Avqust

Nasos stansiyaların və təzyiqli boru xəttinin tikintisinin satınalınması - TENDER

Naxçıvan Muxtar Respublikası Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti Babək rayonu Nehrəm qəsəbəsinin torpaq sahələrinin su təminatını yaxşılaşdırmaq üçün Araz çayından qidalanan nasos stansiyaların və təzyiqli boru xəttinin tikintisinin satınalınması üzrə tender elan edir.

Finss.az xəbər verir ki, iştirak haqqı 5171.07 manatdır və təchizatçılar təklifləri təqdim etmək üçün istifadə haqqı və iştirak haqqı ödəməlidirlər. Təchizatçıların sayının üçdən az olmasına görə satınalmanın baş tutmadığı hallar istisna olmaqla, iştirak haqqı heç bir halda geri qaytarılmır.

İstifadə haqqı 25 manatdır və təchizatçılar tərəfindən satınalmalarda əlaqəli sənədləri görmək üçün istifadə haqqı ödənilir. İstifadə haqqı bir satınalmada iştirak etmək və ya müddətli abunəlik seçmək ilə ödənilə bilər. Ödənilmiş istifadə haqqı heç bir halda geri qaytarılmır.

Satınalan təşkilatın VÖEN-i: 0200022991
Satınalan təşkilatın ünvanı: Naxçıvan şəhər Xətai məhəlləsi
Ehtimal olunan qiymət: 34.473.769,00 AZN

Ətraflı məlumat üçün keçiddən istifadə edin.

Fuad Mədətov
Finss.az