Gəncə şəhər Mənzil Komunal Təsərrüfatı İstehsalat Birliyi bərk məişət tullantılarının zərərsizləşdirilməsi işlərinin satınalınması üzrə tender elan edir.
Finss.az xəbər verir ki, iştirak haqqı 450 manatdır və təchizatçılar təklifləri təqdim etmək üçün istifadə haqqı və iştirak haqqı ödəməlidirlər. Təchizatçıların sayının üçdən az olmasına görə satınalmanın baş tutmadığı hallar istisna olmaqla, iştirak haqqı heç bir halda geri qaytarılmır.
İstifadə haqqı 25 manatdır və təchizatçılar tərəfindən satınalmalarda əlaqəli sənədləri görmək üçün istifadə haqqı ödənilir. İstifadə haqqı bir satınalmada iştirak etmək və ya müddətli abunəlik seçmək ilə ödənilə bilər. Ödənilmiş istifadə haqqı heç bir halda geri qaytarılmır.
Satınalan təşkilatın VÖEN-i: 2300336431
Satınalan təşkilatın ünvanı: Heydər Əliyev Meydanı inzibati Bina otaq 410
Ehtimal olunan qiymət: 944.472,00 AZN
Ətraflı məlumat üçün keçiddən istifadə edin.
Fuad Mədətov
Finss.az