Cəmiyyət

18 İyul

Audit xidmətinin satınalınması - TENDER

İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi Elmi-istehsalat Bərpa Emalatxanası audit xidmətinin satınalınması üzrə tender elan edir.

Fins.az xəbər verir ki, iştirak haqqı 10 manatdır və təchizatçılar təklifləri təqdim etmək üçün istifadə haqqı və iştirak haqqı ödəməlidirlər. Təchizatçıların sayının üçdən az olmasına görə satınalmanın baş tutmadığı hallar istisna olmaqla, iştirak haqqı heç bir halda geri qaytarılmır.

İstifadə haqqı 25 manatdır və təchizatçılar tərəfindən satınalmalarda əlaqəli sənədləri görmək üçün istifadə haqqı ödənilir. İstifadə haqqı bir satınalmada iştirak etmək və ya müddətli abunəlik seçmək ilə ödənilə bilər. Ödənilmiş istifadə haqqı heç bir halda geri qaytarılmır.

Satınalan təşkilatın VÖEN-i: 1700811061
Satınalan təşkilatın ünvanı: Müslüm Maqomayev 28
Ehtimal olunan qiymət: 3.500,00 AZN

Ətraflı məlumat üçün keçiddən istifadə edin.

Fuad Mədətov
Fins.az