Cəmiyyət

11 İyul

Qəbələ Beynəlxalq Musiqi Festivalının təşkili və Şəbəkələşmə görüşü üzrə xidmətlərin satınalınması - TENDER

İsmayıllı Regional Turizm İdarəsi Qəbələ Beynəlxalq Musiqi Festivalının təşkili və Şəbəkələşmə görüşü üzrə xidmətlərin satınalınması üzrə tender elan edir.

Fins.az xəbər verir ki, iştirak haqqı 72.58 manatdır və təchizatçılar təklifləri təqdim etmək üçün istifadə haqqı və iştirak haqqı ödəməlidirlər. Təchizatçıların sayının üçdən az olmasına görə satınalmanın baş tutmadığı hallar istisna olmaqla, iştirak haqqı heç bir halda geri qaytarılmır.

İstifadə haqqı 25 manatdır və təchizatçılar tərəfindən satınalmalarda əlaqəli sənədləri görmək üçün istifadə haqqı ödənilir. İstifadə haqqı bir satınalmada iştirak etmək və ya müddətli abunəlik seçmək ilə ödənilə bilər. Ödənilmiş istifadə haqqı heç bir halda geri qaytarılmır.

Satınalan təşkilatın VÖEN-i: 5401597881
Satınalan təşkilatın ünvanı: İsmayilli rayonu Basqal kəndi
Ehtimal olunan qiymət: 36.289,36 AZN

Ətraflı məlumat üçün keçiddən istifadə edin.

Fuad Mədətov
Fins.az