Cəmiyyət

10 İyul

Audit xidmətlərinin satınalınması - TENDER

"Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutu" Publik Hüquqi Şəxs sair xərclərin satınalınması (2023-cü ilin maliyyə hesabatlarının auditi və əlaqəli audit xidmətləri) üzrə tender elan edir.

Fins.az xəbər verir ki, iştirak haqqı 40.5 manatdır və təchizatçılar təklifləri təqdim etmək üçün istifadə haqqı və iştirak haqqı ödəməlidirlər. Təchizatçıların sayının üçdən az olmasına görə satınalmanın baş tutmadığı hallar istisna olmaqla, iştirak haqqı heç bir halda geri qaytarılmır.

İstifadə haqqı 25 manatdır və təchizatçılar tərəfindən satınalmalarda əlaqəli sənədləri görmək üçün istifadə haqqı ödənilir. İstifadə haqqı bir satınalmada iştirak etmək və ya müddətli abunəlik seçmək ilə ödənilə bilər. Ödənilmiş istifadə haqqı heç bir halda geri qaytarılmır.

Satınalan təşkilatın VÖEN-i: 1300478331
Ehtimal olunan qiymət: 20.250,00 AZN

Ətraflı məlumat üçün keçiddən istifadə edin.

Fuad Mədətov
Fins.az