Cəmiyyət

05 İyul

Smeta-layihə sənədlərinin hazırlanmasının satınalınması - TENDER

Ağcabədi Rayon İcra Hakimiyyəti Başçısının Ağcabədi şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi Ağcabədi şəhərinin küçələrinə asfalt-beton yolların salınması, cari təmiri və şəhərdə aparılacaq abadlıq işlərinin smeta-layihə sənədlərinin hazırlanmasının satınalınması üzrə tender elan edir.

Fins.az xəbər verir ki, iştirak haqqı 30.07 manatdır və təchizatçılar təklifləri təqdim etmək üçün istifadə haqqı və iştirak haqqı ödəməlidirlər. Təchizatçıların sayının üçdən az olmasına görə satınalmanın baş tutmadığı hallar istisna olmaqla, iştirak haqqı heç bir halda geri qaytarılmır.

Satınalan təşkilatın VÖEN-i: 3400109921
Satınalan təşkilatın ünvanı: F.Əlizadə 19
Ehtimal olunan qiymət: 15.033,00 AZN

Ətraflı məlumat üçün keçiddən istifadə edin.

Fuad Mədətov
Fins.az