Cəmiyyət

08 İyun

Layihə-smeta sənədlərinin hazırlanması işlərinin satınalınması - TENDER

Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi “Xınalıq və Köç yolu” Dövlət Tarix Mədəniyyət və Etnoqrafiya Qoruğunda Mədəniyyət evinin bərpası üzrə layihə-smeta sənədlərinin hazırlanması işlərinin satınalınması üzrə tender elan edir.

Fins.az xəbər verir ki, iştirak haqqı 97.88 manatdır və təchizatçılar təklifləri təqdim etmək üçün istifadə haqqı və iştirak haqqı ödəməlidirlər. Təchizatçıların sayının üçdən az olmasına görə satınalmanın baş tutmadığı hallar istisna olmaqla, iştirak haqqı heç bir halda geri qaytarılmır.

İstifadə haqqı 25 manatdır və təchizatçılar tərəfindən satınalmalarda əlaqəli sənədləri görmək üçün istifadə haqqı ödənilir. İstifadə haqqı bir satınalmada iştirak etmək və ya müddətli abunəlik seçmək ilə ödənilə bilər. Ödənilmiş istifadə haqqı heç bir halda geri qaytarılmır.

Satınalan təşkilatın VÖEN-i: 1404365471
Satınalan təşkilatın ünvanı: Nəsimi rayonu, Ü. Hacıbəyli 134.
Ehtimal olunan qiymət: 48.937,75 AZN

Ətraflı məlumat üçün keçiddən istifadə edin.

Fuad Mədətov
Fins.az