Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Mülki Aviasiya Administrasiyasının tabeliyindəki Mülki Aviasiyada Uçuşların Təhlükəsizliyi üzrə Dövlət Müfəttişliyi 2023-cü il üzrə maliyyə hesabatlarının beynəlxalq standartlara uyğun auditi üçün kotirovka sorğusu elan edib.
Fins.az xəbər verir ki, sorğuda iştirak haqqı 18,24 manatdır.
İddiaçılar təkliflərini aprelin 5-nə qədər Dövlət Müfəttişliyinin Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, 11 ünvanında yerləşən inzibati binasına təqdim edə bilərlər.
Təkliflərə aprelin 5-də, saat 14:00-da qeyd olunan ünvanda baxılacaq.
Fuad Mədətov
Fins.az