Cəmiyyət

11 Yanvar

KTN-nin inzibati binasında təmizlik xidmətlərinin satın alınması - TENDER

Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi “2024-cü il üçün inzibati binada təmizlik xidmətləri”nin satın alınması üzrə tender elan edir.

Fins.az xəbər verir ki, iştirak haqqı 350 manatdır və təchizatçılar təklifləri təqdim etmək üçün istifadə haqqı və iştirak haqqı ödəməlidirlər. Təchizatçıların sayının üçdən az olmasına görə satınalmanın baş tutmadığı hallar istisna olmaqla, iştirak haqqı heç bir halda geri qaytarılmır.

İstifadə haqqı 25 manatdır və təchizatçılar tərəfindən satınalmalarda əlaqəli sənədləri görmək üçün istifadə haqqı ödənilir. İstifadə haqqı bir satınalmada iştirak etmək və ya müddətli abunəlik seçmək ilə ödənilə bilər. Ödənilmiş istifadə haqqı heç bir halda geri qaytarılmır.

Satınalan təşkilatın VÖEN-i: 1700069791
Satınalan təşkilatın ünvanı: AZ1000,Bakı şəhəri, Səbail rayonu, Üzeyir Hacıbəyov küç. 80

Təkliflərin son təqdim olunma tarixi və vaxtı: 02.02.2024 12:00

Ətraflı məlumat üçün keçiddən istifadə edin.

Fuad Mədətov
Fins.az