Cəmiyyət

07 Oktyabr

"Qara cümə"nin vaxtı açıqlandı

Hər il milyonlarla insanın səbirsizliklə gözlədiyi böyük endirimli  “Black Friday” (Qara Cümə) 2025-ci ildə də alış-veriş dünyasının ən çox müzakirə olunan mövzularından biridir. Texnologiya məhsullarından geyimə, kosmetikadan ev əşyalarına qədər bir çox sahədə tətbiq olunan endirimlər bu dəfə də həm dünya, həm də Türkiyə bazarında böyük maraq doğurur.

 

Sfera.az “NTV”yə istinadən xəbər verir ki, 2025-ci ildə ABŞ-də “Şükran Günü” 27 noyabr, cümə axşamına təsadüf edir. Buna görə də “Black Friday” endirimləri 28 noyabr 2025-ci il, yəni cümə günü başlayacaq.


Ənənəvi olaraq “Black Friday” bir günlük kampaniya kimi keçirilsə də, son illərdə bir çox şirkət endirim müddətini bir neçə günə, hətta bir həftəyə qədər uzadır. “Black Friday Həftəsi” adlanan bu dövrdə alıcılar daha uzun müddət ərzində endirimli məhsullardan yararlanmaq imkanı qazanırlar.


Ekspertlər bildirirlər ki, bu il də xüsusilə elektronika, mobil telefon, geyim və məişət texnikası kateqoriyalarında rekord endirimlərin olacağı gözlənilir. Alış-veriş həvəskarları isə artıq bu tarix üçün siyahılarını hazırlamağa başlayıblar.

 

Bəsti Rəfizadə
Sfera.az