Rabitəbank 3 mkr dairəsi yaxınlığında yerləşən yeni Səbail filialının şəbəkə (videomüşahidə, yanğın siqnalı, ups və şəbəkə xəttləri) işləri ilə bağlı tender elan edir.
Bankdan Fins.az-a verilən məlumata əsasən BOQ 5(sheet) pəncərədən ibarətdir. Bunlar torpaqlama, rabitə, videonəzarət, yanğın siqnalizasiya və kartlı keçiddir.
Tenderlə bağlı müraciət üçün aşağıdakı şərtlər qeyd edilmişdir.
→ Filialda hal-hazırda sürətli təmir işləri gedir
→ İcra müddətini təkliflərinizdə qeyd edin.
→ Qiymət vergi daxil göstərilməlidir (ƏDV və ya sadələşdirilmiş olmasından asılı olmayaraq)
→ Dövlət qeydiyyatından keçmiş və vergi ödəyicisi olan.
→ Qeyd olunan sahə ilə bağlı lisenziya
Referanslarınızı və tövsiyyə məktublarınıda göndərmənizi xahiş edirik
Texniki şərt və tələblər ilə bağlı ətraflı məlumat üçün linkə keçid edərək tanış ola bilərsiniz: //rbt.az/tndr
Tenderdə iştirak etməkdə maraqlı olan şirkətlər ətraflı məlumat əldə etmək üçün email ([email protected] ) üzərindən və ya telefonla (+994 51 271 48 48) müraciət edə bilərlər.
Təkliflərinizi imza və möhürlü şəkildə qapalı zərfə yerləşdirdikdən sonra zərfin üzərini möhürləmənizi, aidiyyatı tenderin adını qeyd etmənizi və 05.07.2023-ci il tarixi saat 12:00 kimi "Rabitəbank" ASC-nin Baş ofisinə(Satınalmalar şöbəsinə) Bakı şəh., 28 May küç.33, AZ1010 ünvanına göndərməyiniz xahiş edilir.