Yelo Bank promo məhsulları və çap işləri üzrə açıq tender elan edir.
Tender iştirakçıları aşağıdakı meyarlara sahib olmalıdırlar:
- Müvafiq sahədə peşəkarlığı, təcrübənin, texniki və maliyyə imkanları, işçi qüvvəsi, idarəetmə səriştəsi və etibarlığı olmalı;
- Ödəmə qabiliyyəti olmalı;
- Öz əmlakından sərbəst və məhdudiyyətsiz istifadə etmək imkanı olmalı, əmlakı üzərinə həbs qoyulmamalı, ödəniş yönəlmiş girovu olmamalı;
- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərinin olmamalı;
- Müvafiq sahibkarlıq fəaliyyəti növünün həyata keçirilməsi və ya müəyyən hərəkətlərin yerinə yetirilməsi üçün müvafiq lisenziyaya və ya icazəyə malik olmalı;
- Müflis elan olunmamalı, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmamalı.
Texniki şərtlərlə tanış olub, tenderdə iştiraka dair sorğu hazırlamaq üçün keçid edin - //www.yelo.az/az/news/tender-elani-promo/
Qiymət təklifləri ilə zərflərin qəbul müddəti 05.02.2023, saat 17:00-da başa çatır.
Bank xidmətləri haqqında əlavə sualınız var? O zaman 981 nömrəsinə zəng edin və ya Facebook, Instagram və ya Whatsapp hesablarımıza yazın.
Yelo Bank – Parlaq bankçılıq!