Cəmiyyət

15 Noyabr

Laçında yaşayış məntəqəsinin elektriklə təmin edilməsinə 2,3 mln. manat xərclənəcək

"Azərişiq" ASC Laçın rayonu, Pircahan yaşayış məntəqəsində yerləşən vacib obyektlərin elektrik enerjisi ilə təmin olunması məqsədilə 35 kV-luq ÖİN xətlərinin çəkilməsi və KTM-in quraşdırılması işləri ilə bağlı tenderə yekun vurub.

Fins.az vahid dövlət elektron satınalmalar portalına istinadən xəbər verir ki, tenderin qalibi "Harmony İndustrial Construction And Engineering Group" MMC seçilib.

"Azərişiq" müqavilə üzrə qalib şirkətə 2 milyon 309 min 877.64 manat ödəyəcək. MMC gələn ilin yanvar ayında elektrik xəttlərinin çəkilməsini və digər işləri yekunlaşdırmalıdır.