Cəmiyyət

10 Oktyabr

PAŞA Sığorta daha bir tenderin qalibi oldu

Sığorta məhsulları üzrə korporativ müştərilər üçün hər zaman sərfəli təkliflər təqdim edən  PAŞA Sığorta şirkəti BOS Şelf şirkətinin həyata keçirdiyi tenderin qalibi oldu. Nəticəyə əsasən, BOS Şelf şirkətinə məxsus nəqliyyat vasitələri PAŞA Sığorta tərəfindən avtonəqliyyat vasitələrinin könüllü sığortası üzrə sığortalanacaq.

Hazırda qeyri-həyat sığorta sektorunun lideri olan PAŞA Sığorta şirkəti 2006-cı ildən fəaliyyət göstərir. "PAŞA Holding" qrupunun üzvü olan PAŞA Sığorta 300.000-ə yaxın korporativ və fərdi müştərisinə 36 növ könüllü və icbari sığorta üzrə xidmət göstərir. “SP Global Ratings” beynəlxalq reytinq agentliyi "PAŞA Sığorta" ASC-nin emitentin uzunmüddətli kredit reytinqini və maliyyə dayanıqlılığı reytinqini "BB", reytinq üzrə proqnozu isə “Stabil” səviyyəsində təsdiqləyib. Şirkət kapitalının, sığorta yığımlarının, sığorta ödənişlərinin həcmi və digər göstəriciləri ilə sığorta bazarının lider və ən böyük sığorta şirkətlərindəndir.