Cəmiyyət

31 Avqust

“AzInTelecom” 5 milyon manatlıq 2 tenderə yekun vurub

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus “AzInTelecom” MMC "Hökümət buludu" layihəsi çərçivəsində müəssisə tipli yaddaş avadanlıqlarının (1), həmçinin yaradılmış infrastruktur üçün yaddaş tipli "Vsan" və "Backup" serverlərinin, şəbəkə avadanlıqlarının (2) satın alınması ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub.

Fins.az övlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, tenderlərin qalibi müvafiq olaraq "Farah İnnovations" və "İnfinitech" MMC-dir.

Qalib şirkətlərə müvafiq olaraq 1,495 milyon manat və 3,658 milyon manat, ümumilikdə isə 5,153 milyon manat ödəniləcək.