Cəmiyyət

16 Avqust

İnnovasiya və Təchizat Mərkəzi 2 milyon manatlıq tenderə yekun vurub

Səhiyyə Nazirliyinin İnnovasiya və Təchizat Mərkəzi dərmanların, diaqnostik, laborator və digər tibbi təyinatlı vasitələrin, ləvazimatların və materialların alınması ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub.

Fins.az dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, tenderin qalibi "Zeytun Pharmaceuticals" MMC-dir.

Qalib şirkətə 1,851 milyon manat ödəniləcək.